Fransada evdə beş yeni doğulmuş körpəyə aid qalıqlar tapıldı
Fransanın cənub-şərqində yerləşən Oranj şəhərində bir mənzildə aparılan axtarış zamanı karton qutuların içərisində beş yeni doğulmuş körpəyə aid olduğu ehtimal edilən sümük qalıqları aşkar edilib.
AFN.az xəbər verir ki, hadisədən sonra faktla bağlı qətl maddəsi ilə istintaq başladılıb. Prokurorluğun açıqlamasına görə, araşdırma bazar günü 32 yaşlı qadının evdə sağlam uşaq dünyaya gətirməsindən və daha sonra xəstəxanaya aparılmasından sonra başlanıb.
Bildirilib ki, qadınla birlikdə yaşayan 32 yaşlı həyat yoldaşı onun hamilə olduğunu yenidən çox gec fərq etdikdən sonra evdə axtarış aparıb və insan qalıqlarına bənzəyən hissələr aşkar edib.
Kişinin bu barədə xəstəxanaya məlumat verməsindən sonra prokurorluq araşdırmalara başlayıb.
Məhkəmə-tibb ekspertinin ilkin rəyinə əsasən, aşkar olunan qalıqların beş yeni doğulmuş körpəyə aid olduğu ehtimal edilir. Dəqiq nəticənin müəyyənləşdirilməsi üçün meyitlər üzərində ekspertiza və yarılma aparılacağı bildirilib.
Məlumata görə, cütlüyün hazırda 8 və 9 yaşlarında daha iki övladı var.
Hadisə ilə bağlı istintaq davam edir. Bildirilir ki, polis hələlik ana ilə ifadə almaq üçün görüş keçirməyib.


