İran: Hörmüz boğazı ilə bağlı Omanla danışıqlar davam edir



İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehran və Maskat arasında Hörmüz boğazının idarə olunması ilə bağlı aparılan danışıqların davam etdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, İranın İLNA xəbər agentliyinə danışan İsmayıl Bəqayi İran-Oman danışıqları ilə bağlı məlumat verib.

Bəqayi bildirib ki, 24-25 iyul tarixlərində Tehranda başlayan İran-Oman görüşləri hazırda da davam edir. O qeyd edib ki, 29 iyulda iki ölkənin xarici işlər nazirləri səviyyəsində də növbəti görüş keçirilib.

Onun sözlərinə görə, İran və Oman kimi Hörmüz boğazına sahili olan iki ölkə arasında bu mövzuda danışıqlar uzun müddətdir gündəmdədir və bu proses ABŞ-ın hücumları və Hörmüz boğazının bağlanması məsələsindən müstəqildir.

Bəqayi əlavə edib ki, boğazda gəmi hərəkətinin məhdudlaşması və dəniz marşrutlarının təhlükəsiz olmaması ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadası ilə əlaqədardır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu