HƏMAS Qəzza üzrə sazişin bütün bəndlərini razılaşdırıb


HƏMAS və Qəzza zolağında nizamlanma prosesində iştirak edən Fələstin fraksiyaları anklavda vəziyyətin sabitləşdirilməsi ilə bağlı sazişin bütün bəndləri üzrə razılığa gəlib.

AFN.az xəbər verir ki, bununla bağlı "Al Hadath" telekanalı məlumat yayıb. Rəsmi açıqlamanın İsrail tərəfi HƏMAS-ın qəbul etdiyi şərtləri təsdiqlədikdən sonra veriləcəyi bildirilir. Sazişin detallarının cümə günü açıqlanacağı gözlənilir.

Məlumata görə, HƏMAS ağır silahlar da daxil olmaqla silahlarının Qəzzanın idarə olunması üçün yaradılacaq milli Fələstin komitəsinə təhvil verilməsinə razılıq verib. Silahların qeydiyyatı və mühafizəsinin isə beynəlxalq komitə tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

HƏMAS həmçinin silahların təhvil verilməsi prosesinin İsrail qoşunlarının faktiki çıxarılması ilə əlaqələndirilməsi və bu prosedurun ən azı 14 gün davam etməsi şərtini qəbul edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu