Pakistanda şaxta çöküb: azı 9 nəfər ölüb


Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür şaxtasının çökməsi nəticəsində azı 9 nəfər həlak olub.

AFN.az "Geo" telekanalına istinadən xəbər verir ki, hadisə zamanı şaxtada 42 fəhlə olub.

Şaxta sahibinin sözlərinə görə, qəzanın metan qazının partlaması nəticəsində baş verdiyi ehtimal edilir. Bildirilir ki, bəzi işçilər dağıntılar altında qala bilər və xilasetmə əməliyyatları davam edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu