Xankəndi-Şuşa yolunda avtoqəza: 1 nəfər öldü, 1 nəfər ağır xəsarət aldı


Xankəndi – Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Bayram Verdiyev adlı sürücü Şuşadan Xankəndi istiqamətində "Tofaş" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü B.Verdiyev hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişin Orxan Şirinov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu