2026-cı ildə həyat keyfiyyətinə görə ən yaxşı ölkələrin reytinqi açıqlanıb
2026-cı il üzrə həyat keyfiyyətinə görə dünyanın ən yaxşı ölkələrinin reytinqində İsveç birinci yeri tutub.
AFN.az xəbər verir ki, reytinqdə ikinci pillədə Danimarka, üçüncü yerdə isə Kanada qərarlaşıb.
Araşdırmada ÜDM, birbaşa xarici investisiyalar, turizm və insan inkişafı səviyyəsi kimi meyarlara cavab verən 85 ölkə qiymətləndirilib.
Reytinqdə ilk 30 ölkədən 20-si Avropanın payına düşür. Siyahıda xüsusilə Skandinaviya ölkələrinin üstünlüyü diqqət çəkir.
ABŞ isə ümumi reytinqdə 27-ci yerdə qərarlaşıb və bu göstərici ilə "Böyük Yeddilik" (G7) ölkələri arasında sonuncu olub.



