Sumqayıt Tibb Mərkəzinə rəhbərlik ona həvalə olundu


Məlum olduğu kimi, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov bir neçə gün əvvəl işdən çıxarılıb.

AFN.az-ın "Unikal"a istinadən xəbərinə görə, Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsinin icrası həmin tibb müəssisəsinin direktor müavini Ramin Qasımova həvalə olunub.

Qeyd edək ki, R.Qasımov 2020-2024-cü illər ərzində Salyan Rayon Mərkəzi Xəstəxanasının direktoru olub. Daha sonra isə Sumqayıt Tibb Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu