Cənubi Koreya prezidentinin reytinqi rekord həddə düşüb


Cənubi Koreya Prezidenti Li Çje Myonun fəaliyyətini bəyənənlərin nisbəti 45,9 faizə enərək 2025-ci ilin iyununda baş tutan inaqurasiyadan bəri ən aşağı səviyyəyə düşüb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Realmeter" sosioloji mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrində bildirilir.

Mənfi qiymətləndirmə isə 1 faiz bəndi artaraq ilk dəfə 50 faizi keçib və 50,5 faiz təşkil edib. Sorğu iyulun 27-dən 31-dək ölkə üzrə 2 508 nəfər arasında aparılıb.

Dəstəyin azalmasına fond bazarındakı iqtisadi qeyri-müəyyənlik, daşınmaz əmlak vergiləri, prezidentə ikinci müddətə seçilmək hüququ verəcək konstitusiya islahatları müzakirəsi və prokurorluğun təhqiqat hüququndan məhrum edilməsi haqqında qanun layihəsi səbəb olub.

Hazırkı konstitusiya prezident üçün yalnız bir 5 illik müddət nəzərdə tutur. Hazırda isə 4 illik iki müddət mexanizminə keçid müzakirə olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu