İngiltərədə kiberhücum nəticəsində 100 mindən çox polisə aid məlumat sızdırılıb



İngiltərədə bir sıra dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücum nəticəsində 100 mindən çox polis əməkdaşının adı, əlaqə məlumatları və xidmət yeri "dark web" forumlarına sızdırılıb. 

AFN.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, kibercinayətkarlar Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA)Kral Prokurorluq Xidməti (CPS)nə məxsus məlumat bazalarına daxil olaraq 100 mindən çox polis əməkdaşına aid məlumatları ələ keçiriblər.

Hakerlər həmçinin İngiltərə və Uelsdə polis əməkdaşlarının hüquqi dəstəyi üçün istifadə olunan Milli Polis Hüquq Məlumat Bazasına (PNLD) sızaraq polis əməkdaşlarının xidmət yerlərinə dair məlumatları "dark web" forumlarında yayıblar.

İngiltərə rəsmiləri hücumun "ExfilSquad" adlı kibercinayətkar qrup tərəfindən həyata keçirildiyini ehtimal edirlər.

Xatırladaq ki, 29 iyul tarixində də İngiltərənin Təhsil Nazirliyinə qarşı kiberhücum həyata keçirilmiş, nəticədə fiziki şəxslərə və təşkilatlara məxsus telefon nömrələri, elektron poçt ünvanları da daxil olmaqla təxminən 607 min məlumatın sızdırıldığı açıqlanmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu