Apple "Telegram"ı qısa müddətlik App Store-dan çıxardı



Apple uşaqlara qarşı cinsi istismar məzmunu ilə bağlı qaydaların pozulduğunu əsas gətirərək Telegram tətbiqini qısa müddətə App Store-dan çıxarıb.

AFN.az xəbər verir ki, mesajlaşma platforması bazar ertəsi gecə saatlarında iPhone və iPad üçün tətbiq mağazasından silinib.

Apple-ın ABŞ-ın bəzi media qurumlarına verdiyi açıqlamada bildirilib ki, aparılan yoxlama zamanı Telegram-da şirkətin uşaqlara qarşı cinsi istismar materiallarını qadağan edən qaydalarını pozan məzmun aşkarlanıb.

Açıqlamaya görə, Telegram həmin məzmunu operativ şəkildə silib və onu paylaşan istifadəçini blokladıqdan sonra tətbiq yenidən App Store-a qaytarılıb.

Telegram isə ABŞ-ın X sosial şəbəkəsində yaydığı paylaşımda baş verən hadisəyə ironik münasibət bildirərək, "Öldüyümə dair xəbərlər xeyli şişirdilib" ifadəsini işlədib.

Platforma Apple-ı işarələdiyi digər paylaşımında isə "Ümid edirəm ki, gələcəkdə bu yanaşma mağazadakı bütün digər tətbiqlərə də eyni şəkildə tətbiq olunacaq, elə deyilmi?" sualını ünvanlayıb.

Xatırladaq ki, Rusiya iyunun 30-da Telegram-ın qurucusu və baş icraçı direktoru Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil etmişdi. Bundan başqa, Avstraliyanın İnternet Təhlükəsizliyi Komissarlığı da terrorla əlaqəli məzmunu platformadan silmədiyi iddiası ilə Telegram-a qarşı məhkəmə iddiası qaldırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu