Mənə aid bəzi fikirlər təhrif olunub - Hikmət Hacıyev


“Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüşümüz baş tutdu. Amma təəssüflə qeyd edirəm ki, “Türkiye Gazetesi”nin jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib”.

AFN.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

Onun sözlərinə görə, həmin məqalədə ona istinadən verilən bir sıra ifadələr düzgün deyil:

“Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu