Cənubi Koreya və ABŞ miqyaslı təlimlər keçirəcək
Cənubi Koreya və ABŞ miqyaslı təlimlər keçirəcək.
Koreya Respublikasının (KR) Silahlı Qüvvələri və ABŞ avqustun 17-dən 27-dək hər il keçirilən miqyaslı "Ulchi Freedom Shield" təlimlərini reallaşdıracaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərbi rütbəlilər brifinq zamanı məlumat veriblər.
"Ulchi Freedom Shield" təlimləri hər il keçirilir və müdafiə xarakteri daşıyır, onların ssenarisində reallığa uyğun vəziyyətlər və döyüş hazırlığı üsullarının təhlilinin son nəticələri əks olunub", – deyə KR Baş Qərargah Rəisləri Komitəsinin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Çan Do Yon bildirib.
"Bu təlimlər müttəfiqlərin – KR və ABŞ-nin birgə müdafiə qabiliyyətini, o cümlədən bütün sahələrdə birgə və qoşun növlü əməliyyatların keçirilməsi imkanlarını möhkəmləndirir. Onlar müharibə dövründə qoşunların əməliyyat idarəetmə hüququnun təhvil verilməsinə ardıcıl hazırlığa töhfə vermək üçün bir imkan olacaq", – deyə KR SQ zabiti davam edib. Koreya Respublikası ikitərəfli razılaşmalara əsasən, öz qoşunlarını idarəetmə hüququna yalnız dinc dövrdə malikdir.
Çan Do Yon əlavə edib ki, ABŞ və KR Koreya müharibəsində (1950-1953) barışıq şərtlərinin yerinə yetirilməsinə nəzarət edən BMT Komandanlığının üzvü olan ölkələri də iştiraka cəlb etməyi planlaşdırır. O indikasiya edib ki, təlimlərin miqyası ötənilki ilə eyni olacaq və KR manevrlərə 18 minə yaxın şəxsi heyət cəlb edəcək.
O, səhra təlimlərinin dəqiq sayını açıqlamaqdan imtina edib. Yerli medianın məlumatına görə, müttəfiqlər 14 belə məşğələ keçirməyi planlaşdırırlar, ötən il isə onların sayı 39 olub.




