ABŞ materiki iyul ayında tarixinin ən isti ayını yaşayıb



ABŞ materikində iyul ayı təxminən 25 dərəcəyə çatan orta temperaturla ən isti ay kimi qeydə alınıb.

AFN.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatlarına görə, Alyaska və Havay adaları istisna olmaqla, 48 ştatı əhatə edən materikdə orta temperatur 24,94 dərəcə ölçülüb.

Bu göstərici quraqlıq dövrünün yaşandığı 1936-cı ilin iyul ayında qeydə alınmış rekordu təxminən 0,13 dərəcə üstələyib.

Alyaskada isə mövsüm normalarından aşağı temperatur müşahidə olunarkən, materikin ümumilikdə hakim olan həddindən artıq isti hava xüsusilə Cənub-Qərb, Şimal düzənlikləri və Cənub-Şərq bölgələrində təsirli olub.

Orta temperatur rekordunun 24,94 dərəcə ilə qırılmasında ən mühüm amilin gecə temperaturlarındakı artım olduğu bildirilib.

Alimlər gecə temperaturlarındakı bu artımın insan mənşəli iqlim dəyişikliyinin aydın göstəricisi olduğuna diqqət çəkirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu