ABŞ-da ICE əməkdaşlarının elektrik şoku verən əlcəklərdən istifadə etməsi planlaşdırılır
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşları üçün elektrik şoku verən əlcəklərin alınmasına 10-20 milyon dollar xərclənməsinin planlaşdırıldığı bildirilib.
AFN.az xəbər verir ki, “The Hill” qəzetinin məlumatına görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ICE əməkdaşlarının yeni avadanlığı ilə bağlı planı açıqlayıb.
ICE əməkdaşlarının elektrik şoku verən əlcəklərdən istifadə etməsinin nəzərdə tutulduğu açıqlamada xidmətin bu avadanlıq üçün 10-20 milyon dollar xərcləməyi planlaşdırdığı bildirilib.
Açıqlamada elektrik şoku verən əlcəklərin 2027-ci ilin martından etibarən əməkdaşlara paylana biləcəyi qeyd olunub.
ICE əməkdaşlarının sənədsiz miqrantlarla bağlı əməliyyatlar apararkən Aşağı Çıxışlı Gərginlik Yayıcısı (G.L.O.V.E.) əlcəklərindən istifadə etməsi gözlənilir.
ABŞ-da həbsxana əməkdaşları məhbuslar arasında gərginliyin artdığı hallarda bu əlcəklərdən istifadə etməyə başlayıblar.
