Norveç Dövlət Sərvət Fondu 184 milyard dollar mənfəət əldə edib
Norveç Dövlət Sərvət Fondu bu ilin ilk yarısında 1,75 trilyon Norveç kronu (təxminən 184 milyard dollar) mənfəət əldə edib.
AFN.az xəbər verir ki, Norveç Dövlət Sərvət Fondunu idarə edən Norges Bank Investment Management (NBIM) 2026-cı ilin ilk yarısına dair maliyyə nəticələrini açıqlayıb.
Buna görə, təxminən 2,3 trilyon dollar həcmində aktivləri ilə dünyanın ən böyük sərvət fondu olan fond ilin ilk 6 ayında investisiyalarından 9,4 faiz gəlir əldə edib.
Fondun sözügedən dövrdəki mənfəəti 1,75 trilyon Norveç kronuna çatıb. Beləliklə, fond ilin ilk yarısı üçün indiyədək ən yüksək mənfəətini əldə edib.
Fondun Baş icraçı direktoru (CEO) Nicolai Tangen nəticələri qiymətləndirərkən, göstəricilərə səhm bazarlarındakı güclü gəlirlərin təsir etdiyini bildirib və xüsusilə Asiya texnologiya şirkətlərinin önə çıxdığını qeyd edib.
Norveç Dövlət Sərvət Fondu səhmlərlə yanaşı, istiqraz, daşınmaz əmlak və bərpa olunan enerji infrastrukturu sahələrinə də investisiyalar yatırır.
Fond Norveçin neft və təbii qaz ehtiyatlarından əldə etdiyi gəlirlərin uzunmüddətli idarə olunması məqsədilə fəaliyyət göstərir.
Fondun iyunun 30-na olan dəyəri 22 trilyon 683 milyard kron (təxminən 2,3 trilyon dollar) təşkil edir.


