Norveç Ukraynaya 7,2 milyard avro ayıracaq
Norveç hökuməti 2026-cı ildə Ukraynaya 85 milyard Norveç kronu (təxminən 7,2 milyard avro) ayıracaq.
AFN.az xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb.
“2026-cı ildə Norveç ‘Fridtjof Nansen’ proqramı çərçivəsində Ukraynaya hərbi və mülki yardım göstərəcək. Hökumət 85 milyard Norveç kronu ayırmağı təklif edir”, - deyə məlumatda qeyd olunub.
Sənədə əsasən, Oslo 2026-cı ildə müdafiə xərclərini ÜDM-in 3,4%-nə çatdırmağı planlaşdırır. Hökumətin hərbi xərcləri 4,2 milyard Norveç kronu (təxminən 358 milyon avro) artıracağı gözlənilir.
Qeyd edilib ki, 2023-cü ildən etibarən Oslo artıq Nansen proqramı vasitəsilə Ukraynaya 190 milyard Norveç kronu (təxminən 19 milyard dollar) yardım göndərib.

