Norveç Ukraynaya yardımı 3,16 milyard dollara çatdıracaq


Norveç parlamenti 2025-ci ildə Ukraynaya dəstəyin 3,16 milyard dollara çatdırılması qərarını dəstəkləyib.


AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Norveç hökuməti gələn il üçün Ukraynaya dövlət büdcəsinə 15 milyard NOK ayırmağa qərar versə də, müxalifət bunun çox az olduğunu bildirib.

Norveç hakimiyyəti və müxalifəti daha sonra dəstəyi 30 milyard NOK-a qədər artırmağa razılaşıblar. Son qərarda məbləğə yenidən baxılması haqda razılığa gəliblər və nəticədə 3,16 milyard dollar üzərində dayanıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu