Hava hava hərəkəti nəzarətçisi eyni uçuş nömrəsini daşıyan iki təyyarənin toqquşmasının qarşısını aldı
ABŞ-ın Arizona ştatının Feniks şəhərində hava hərəkəti nəzarətçisi eyni uçuş nömrəsinə sahib iki təyyarəni fərq edərək təyyarələri müxtəlif yüksəkliklərə yönləndirib və mümkün qəzanın qarşısını alıb.
AFN.az xəbər verir ki, hadisə ilə bağlı səs yazısına görə, nəzarətçi biri Feniksdən havaya qalxan, digəri isə Çikaqodan gələn və hər ikisi American 2482 çağırış işarəsindən istifadə edən təyyarələrin bir-birindən uyğun məsafədə hərəkət etməsi üçün səy göstərib.
Nəzarətçi bir-birinə doğru hərəkət edən təyyarələri təhlükəsiz şəkildə uçmaları üçün müxtəlif yüksəkliklərə yönləndirib.
Nəzarətçi təyyarələr arasında məsafənin qalması məqsədilə havaya qalxan təyyarənin pilotuna həddindən artıq yüksəlməməsi barədə göstəriş verib.
Hər iki təyyarənin müxtəlif yüksəkliklərdə uçmasını təmin edən nəzarətçi bununla təyyarələrin havada toqquşmasının qarşısını alıb.
Nəzarətçi hadisə ilə bağlı açıqlamasında "25 ildir hava nəqliyyatı ilə məşğulam. Eyni çağırış işarəsi ilə az qala bir-birinə yaxınlaşan iki təyyarə heç vaxt görməmişəm. Bu, olduqca inanılmazdır" deyib.
American Airlines şirkətindən verilən açıqlamada "Hava hava hərəkəti nəzarətçilərinin və pilotlarımızın diqqətli və peşəkar fəaliyyəti tələb olunan məsafənin hər zaman qorunmasını, problemin müəyyən edilərək həll olunmasını təmin etdi. Hər iki uçuş təhlükəsiz və insidentsiz şəkildə davam etdi" ifadəsi işlədilib.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və American Airlines hadisə ilə bağlı araşdırma və yoxlamaya başlayıb.
