İran ABŞ və İsrail ilə yeni münaqişəyə hazırlaşır
İran ABŞ və İsrailin atəşkəs əldə etmək səylərini yalnız bazarlara təzyiqi azaltmaq və hərbi əməliyyatların yeni mərhələsinə hazırlaşmaq məqsədi daşıdığını hesab edir.
AFN.az xəbər verir ki, bu iddia ilə "The Wall Street Journal" qəzeti adı açıqlanmayan rəsmilərə və kəşfiyyat məlumatlarına istinadən çıxış edib.
Nəşrin məlumatına görə, Tehran hazırkı danışıqları yalnız münaqişədən əvvəlki fasilə, bağlanan memorandumu isə ehtimalla ABŞ və İsrailin qlobal iqtisadiyyata təzyiqi zəiflətmək və vaxt qazanmaq cəhdi kimi qiymətləndirir.
Qəzet yazır ki, Tehranın cavab zərbəsi vurmağa hazır olması iki tərəf arasında dərin etibarsızlığın göstəricisidir və bu, böyük ehtimalla tərəflərə münaqişənin tezliklə dayandırılması üçün davamlı razılaşma əldə etməyə imkan verməyəcək.
