İraq mediası: İran Barzaninin ofisini hədəfə aldı
İranın 2 kamikadze PUA-sı İraq Kürdüstan Regional Hökumətinin (IKBY) Baş naziri Məsrur Barzaninin Ərbildəki şəxsi ofisini və kəşfiyyat rəhbərinin iqamətgahını hədəfə alıb.
AFN.az xəbər verir ki, İraq mətbuatının yaydığı məlumata görə, hücum zamanı ölən və ya yaralanan olmayıb.
İraq mətbuatı son dəqiqə məlumatında İranın PUA-larının İraq Kürdüstan Regional Hökumətinin Baş naziri Məsrur Barzaninin Ərbildə yerləşən şəxsi ofisinə və kəşfiyyat rəhbərinin iqamətgahına zərbə endirdiyini bildirib.
Hücum nəticəsində can itkisi olmadığı qeyd edilib.


