İraqlı radikallar Ərbildə ABŞ hərbçilərinin qaldığı otelə hücum ediblər


İraqda fəaliyyət göstərən İranpərəst silahlı qruplaşmalar Kürdüstan regionunun Ərbil şəhərində ABŞ hərbçilərinin yerləşdiyi otelə hücum etdiklərini iddia ediblər.

AFN.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. İraqlı radikal qrupların yaydığı bəyanata görə, Amerika əsgərlərinin məskunlaşdığı otel pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınıb. Hücum nəticəsində otelə dəymiş maddi ziyan və ya mümkün insan itkiləri barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bir qədər əvvəl İranın xarici işlər naziri Abbas Araqçı region ölkələrindəki otellərdə qalan ABŞ hərbçilərinin İran üçün qanuni hədəf sayılacağını bəyan etmişdi. "Əgər Amerika əsgərləri otellərdə gizlənirlərsə, bu, İranın onlara hücumdan imtina etməsi üçün səbəb deyil", – deyə XİN rəhbəri İran dövlət televiziyasına müsahibəsində vurğulamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu