Qətər İranın pilotlarla bağlı açıqlamasını təkzib etdi


Tehranın Qətərin iranlı pilotları saxlaması ilə bağlı iddiaları həqiqətə uyğun gəlmir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bəyan edib.

"Media üçün verilən bu bəyanatlar tamamilə əsassızdır, bu, məntiqsiz iddialardır", – deyə o, İran tərəfinin saxlanılan təyyarəçilər barədə sözlərini şərh edərkən bildirib.

Əl-Ənsari vurğulayıb ki, İran təyyarələri Dohaya zərbə endirmək üçün Qətərin hava məkanına daxil olub və pilotlar xəbərdarlıqlara cavab vermədikdən sonra vurulub. Onun sözlərinə görə, martın 19-da təyyarəçilərdən birinin qalıqları tapılıb və sonradan İran nümayəndə heyətinə təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı aprelin 6-da başa çatıb.

XİN nümayəndəsi əlavə edib ki, Doha İranın texniki qrupunu axtarış-xilasetmə əməliyyatının təfərrüatları ilə tanış olmağa dəvət edib, lakin Tehran hələ də qüvvədə olan bu dəvətə cavab verməyib.

Xatırladaq ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahının İtkin düşənlərin axtarışı komitəsinin rəhbəri Məhəmməd Baqirzadə üç iranlı pilotun qırıcılarının qəzaya uğramasından sonra mart ayında Qətər hərbçiləri tərəfindən əsir götürüldüyünü bəyan etmiş, Beynəlxalq Qırmızı Xaç Komitəsini onların azad edilməsinə kömək etməyə çağırmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu