İspaniya Seutaya keçən 500 uşağı materikə qəbul etməyə hazırlaşır
İspaniya hökumətinin ölkənin Şimali Afrikadakı ərazisi olan Seutaya qeyri-qanuni yollarla keçən 500 uşağın materikə qəbul edilməsini təsdiqləyən plan üzərində işlədiyi iddia edilib.
AFN.az xəbər verir ki, İspaniya mətbuatının Uşaq və Gənclər Nazirliyinin mənbələrinə istinadən yaydığı xəbərə görə, hökumət iyulun 30-da ölkəyə axın edən qeyri-qanuni miqrantlarla bağlı yeni tənzimləmə hazırlayır.
Hökumətin ilk mərhələdə 500 uşağı materikə qəbul etməsi planlaşdırılır.
Digər tərəfdən, mənbələr Uşaq və Gənclər naziri Ruben Peresin bazar günündən etibarən Seutada olduğunu bildiriblər.

