Britaniyada miqrantlar üçün inşa edilən gəmiyə yerləşdirmə başlayır


İngiltərədə qeyri-qanuni miqrantların yerləşdirilməsi üçün hazırlanan Bibby Stockholm gəmisinə yerləşdirilməsi planlaşdırılan ilk immiqrant qrupu Portland Harbora gətirilməyə başlanıb.


İyulun 18-də Portland Limanına yanaşan gəmidə qalacaq nizamsız immiqrantlar avtobuslarla limana gətirilib.

Bölgədə yaşayan mühacir tərəfdarı qruplar Bibby Stokholmun yeni sakinlərini alqışlar və şüarlarla qarşılayıb.

İlk mərhələdə 18-65 yaş arasında olan 50 nəfər qeyri-qanuni miqrantın, uzunmüddətli perspektivdə isə təxminən 500 nəfərə yerləşdirilməsi planlaşdırılır. Birinci qrupdakı miqrantların bu gün hissə-hissə gətiriləcəyi gözlənilir.

İngiltərə ölkədəki təxminən 50 min qeyri-qanuni miqrantı yerləşdirmək üçün immiqrantları hərbi obyektlərdəki istifadəsiz binalarda və barjalar üzərində qurulmuş üzən strukturlarda qəbul etməyə qərar vermişdi.

Hazırda immiqrantları otellərdə qəbul edən İngiltərə yüksək xərc səbəbiylə onları daşımağa qərar verdiyini açıqlayıb. Bibby Stockholm bu məqsədlə immiqrantların yerləşdiriləcəyi ilk gəmi olaraq gündəmdə idi.

Gəmidə qalması planlaşdırılan 500-ə yaxın miqrantın 18 ay ərzində Bibbi Stokholma gətiriləcəyi, 2000-dən çox qeyri-qanuni miqrantın isə Linkolnşir və Esseksdəki iki hava bazasındakı istifadəsiz binalara köçürülməsi planlaşdırılır.

Ölkədəki immiqrant tərəfdarları, QHT və insan haqları təşkilatları Bibbi Stokholmu “həbsxana gəmisi” adlandıraraq, qaçqınların gəmilərdə yerləşdirilməsinin qeyri-insani olduğunu bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu