Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO


Avqustun 19-da Ağdaş rayonundakı istirahət parkında attraksion qəzaya uğrayıb.

AFN.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb. 

Xəsarət alan yeniyetmələrin anası İlahə Baxışova bildirib ki, hadisə nəticəsində 16 yaşlı qızı daha ağır zədələr alıb, oğlunun isə omba sümüyü çıxıb: “Biz Bakıdan Ağdaşa anamgilə qonaq getmişdik, qərara gəldik ki, uşaqları parka aparaq. Həmin vaxt relsdən çıxan attraksion qatarı aşdı, qızım onun altında qaldı. Hadisədən dərhal sonra parkda attraksion işlədən şəxslər bizə yaxınlaşaraq heç bir quruma müraciət etməməyimizi xahiş etdilər. Lakin qızımın ağrıları kəskinləşdiyindən xəstəxanaya apardıq və onun ciddi şəkildə xəsarət aldığı məlum oldu. Attraksion sahibi isə bizə bildirdi ki, heç bir köməklik edə bilməyəcəklər”.

Məsələ ilə bağlı vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır.

Hadisə anının görüntülərini təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu