Slovakiya NATO-nun "Eastern Sentry" əməliyyatına qoşulub


Slovakiya NATO-nun alyansın şərq cinahının hava məkanını qorumaq üçün həyata keçirdiyi "Eastern Sentry" ("Şərq keşikçisi") əməliyyatına qoşulmaq qərarı verib.

AFN.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

Slovakiya hərbçiləri Polşa və Rumıniyada dislokasiya olunacaq, hava məkanına nəzarəti həyata keçirəcək və alyansın inteqrasiya olunmuş hava və raketdən müdafiə sisteminə dəstək verəcəklər.

NATO-nun Baş katibi Mark Rütte "Eastern Sentry" əməliyyatının başladığını 2025-ci il sentyabrın 12-də elan edib. Əməliyyat PUA insidenti ilə bağlı Varşavanın müraciəti əsasında NATO Müqaviləsinin 4-cü maddəsi çərçivəsində aparılan məsləhətləşmələrin yekunu olaraq başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu