Çin ABŞ-ın kiberhücumlarla bağlı iddialarını rədd edir


Çin ABŞ-ın dövlət qurumlarına və kritik infrastruktura kiberhücumlarda əli olması barədə Vaşinqtonun irəli sürdüyü ittihamları rədd edib. 

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Lin Jian bəyan edib.

Pekin siyasi məqsədlərlə yalan məlumatların yayılmasına qəti şəkildə qarşı çıxdığını və Amerika tərəfinin bəyanatının kifayət qədər sübutlarla əsaslandırılmadığını bildirib. Çin tərəfi həmçinin Vaşinqtonun kiberfəza təhlükəsizliyi sahəsindəki problemlərə görə məsuliyyəti Pekinin üzərinə atmaq cəhdlərini pisləyib.

Daha əvvəl ABŞ Ədliyyə Nazirliyi kritik infrastruktura və məxfi məlumatların saxlandığı şəbəkələrə hücumlar üçün istifadə edildiyi iddia olunan domenləri müsadirə etdiyini bildirmişdi. Vaşinqton hücum hədəfləri arasında NASA, Federal Ehtiyat Sistemi, Energetika, Ədliyyə, Səhiyyə və İctimai Xidmətlər nazirlikləri, həmçinin ABŞ Senatının olduğunu iddia edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu