Çin ABŞ-a tələbə vizalarının ləğvi ilə bağlı kəskin etiraz edib


Çin hökuməti Çindən gələn bəzi tələbələr üçün vizaların gözlənilən ləğvi ilə bağlı kəskin etirazını bildirib və ABŞ hökumətinə ciddi təqdimat verib.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.



"Çin tərəfi kəskin etirazını bildirir və artıq bu məsələ ilə bağlı ABŞ-a ciddi təqdimat verib", - deyə o, keçirdiyi brifinqdə vurğulayıb.



Çin diplomatı qeyd edib ki, ABŞ ideoloji səbəblərdən və bu cür tədbirlərin milli təhlükəsizliyi təmin edəcəyini bəhanə edərək hərəkət edir. Onun sözlərinə görə, Vaşinqtonun çinli tələbələr üçün vizaları ləğv etmək tədbirləri əsassızdır və onların qanuni hüquq və maraqlarını ciddi şəkildə pozur.



Mao Ninq qeyd edib ki, Vaşinqton bununla iki ölkə arasında normal mədəni və humanitar əməkdaşlığa mane olur: “Birləşmiş Ştatlar tərəfindən bu cür siyasi ayrı-seçkilik ABŞ-ın həmişə təbliğ etdiyi azadlıq və aşkarlıq yalanını ifşa edir və bu, onun beynəlxalq imicinə, reputasiyasına daha da xələl gətirir”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu