Panamada El Nino səbəbilə ölkə üzrə fövqəladə vəziyyət elan edildi



Panama El Ninonun səbəb olduğu güclü yağışların ölkə iqtisadiyyatını və vətəndaşların təhlükəsizliyini təhdid etməsi səbəbilə ölkə üzrə ən yüksək səviyyəli həyəcan siqnalı elan edib.

AFN.az xəbər verir ki, “United Press International” (UPI) agentliyinin məlumatına görə, Panamada El Nino səbəbilə ölkənin şimal və Karib bölgələrinə güclü yağışlar yağıb və daşqınlar baş verib.

Bu çərçivədə El Nino Panamada 15 min 600-dən çox insana təsir edib.

Panama daxili işlər naziri Dinoska Montalvo açıqlamasında inzibati prosedurları asanlaşdırmaq, əməliyyat imkanlarını gücləndirmək və qarşıdan gələnlərə hazırlaşmaq məqsədilə fövqəladə vəziyyət elan edildiyini bildirib.

Dünya Meteorologiya Təşkilatının (WMO) son hesabatında da El Ninonun qarşıdakı aylarda sürətlə güclənərək şiddətini artıracağı və bunun ekstremal hava hadisələri ilə təbii fəlakət riskini yüksəldəcəyi bildirilib.

Məlumatlara görə, Şərqi və Mərkəzi Sakit okeanda dəniz səthinin temperaturunun iyul-sentyabr dövründə sürətlə artacağı və temperaturun 2 dərəcədən çox yüksəlməsi ilə güclü El Niño dövrünün yaşanacağı proqnozlaşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu