Endi Bernem: "Made in Europe" Böyük Britaniya-Aİ əlaqələrinə mane olur


Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında yaxınlaşmaya müdafiə, rəqəmsal və sənaye sektorlarında dövlət müqavilələrinin bölüşdürülməsi zamanı Aİ üzvü olan ölkələrin məhsullarına üstünlük verən "Avropada istehsal olunub" (Made in Europe) proqramı mane olur.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Endi Bernem bəyan edib.

"Hazırda Britaniya kənd təsərrüfatı və polad istehsalı sənayesinin qarşılaşdığı məsələlər var. "Avropada istehsal olunub" proqramı Britaniyanın polad sənayesi üçün ciddi problemlər yarada bilər", - deyə hökumət rəhbəri Britaniya parlamentinin İcmalar palatasında ilk dəfə sual-cavab sessiyasında iştirak edərkən bildirib.

Bununla belə, iyulun 20-də baş nazir postuna keçən Bernem London və Brüssel arasında münasibətlərin möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb. O bəyan edib ki, payızda keçirilməsi planlaşdırılan Böyük Britaniya – Aİ sammitində iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu