Fon der Lyayen: AK Kiyevin "Patriot" sorğusuna baxır
Avropa Komissiyası Kiyevdən "PAC-3 Patriot" hava hücumundan müdafiə raketlərinin alınması üçün milyardlarla avro məbləğində maliyyələşdirmə sorğusu alıb və hazırda bu müraciəti nəzərdən keçirir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen NATO Baş katibi Mark Rütte ilə keçirdiyi birgə mətbuat konfransında açıqlama verib.
"Avropa Komissiyası Ukraynadan "PAC-3 Patriot" raketlərinin alınması üçün bir neçə milyard avro həcmində sorğu alıb, Aİ ölkələri isə hazırda bu müraciəti dəyərləndirir", – deyə fon der Lyayen bildirib.
O əlavə edib ki, Aİ Kiyevlə birlikdə "Freya" adlı birgə hava hücumundan müdafiə sisteminin yaradılması üzərində də işləyir. Avropa mətbuatının məlumatına görə, sistem S-300 kompleksinin elementlərini, onun bazasında hazırlanmış tutucu raketləri, habelə Avropa istehsalı radar və idarəetmə vasitələrini özündə birləşdirəcək.
Görüşdə fon der Lyayen və Rütte Almaniyanın Leypsiqdəki hadisə ilə bağlı Rusiyaya qarşı irəli sürdüyü ittihamlara tam dəstək olduğunu bildirib, Moskvaya qarşı yeni sanksiyaların tətbiqi və Kiyevə silah tədarükünün davam etdiriləcəyi barədə mövqelərini
