ABŞ-da Tramp portretli 1 dollarlıq sikkə dövriyyəyə buraxılıb
ABŞ Maliyyə Nazirliyi Amerikanın müstəqilliyinin 250-ci ildönümü qeyd etmələri çərçivəsində hazırlanan və üzərində ABŞ Prezidenti Donald Trampın portreti əks olunan yeni 1 dollarlıq sikkələri dövriyyəyə buraxıb.
AFN.az xəbər verir ki, ABŞ Darphanəsi (US Mint) tərəfindən zərb edilən sikkələr 2 sentyabr 2026-cı il tarixindən etibarən rəsmi olaraq istifadəyə verilib.
Paytaxt Vaşinqtondakı ABŞ Darphanəsi mağazasının qarşısında yeni sikkənin təqdimatı ilə bağlı məlumatlandırıcı plakatlar yerləşdirilib. Təqdimat plakatlarında sikkənin Amerikanın müstəqilliyinin 250-ci ildönümünə həsr olunaraq xüsusi dizayn edildiyi vurğulanıb.
Sözügedən sikkələrin dövriyyəyə buraxılması ilə Vaşinqtondakı rəsmi satış məntəqələrində və banklarda canlanma yaşandığı müşahidə olunub.
