Bu gimnaziyanın 33 min manatdan çox vergi borcu var
S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın dövlət büdcəsinə iri məbləğdə vergi borcu yaranıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, təhsil müəssisəsinin dəqiq 33.027,21 AZN vergi borcu üzə çıxıb.
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, ev 94 ünvanında hüquqi qeydiyyatda olan gimnaziyanın qanuni təmsilçisi Tural Mirzəliyev Elmi oğludur.
Qeyd edək ki, Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevdir.

