Təhsil krediti verilən tələbələrin sayı açıqlandı



Artıq 5 mindən çox tələbəyə təhsil krediti verilib.

AFN.az xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, 2026/2027-ci tədris ilinin payız semestri üzrə Fonda məxsus e-ttkf.edu.az elektron portala müraciət dövrünün açıldığı gündən bu günə qədər 10330 müraciət daxil olub. Bu müddət ərzində 5200 təhsil tələbə krediti (TTK) müqaviləsi rəsmiləşdirilib.

Rəsmiləşdirilən müqavilələrin 1811-i sosial növ, 3389-u isə standart növ təhsil tələbə kreditidir. Sistemdə olan digər müraciətlər hal-hazırda emal prosesindədir.

Qeyd edək ki, 2026/2027-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciətlərin qəbulu 3 avqust tarixindən başlayıb və müraciət dövrü cari semestrin sonuna qədər davam edəcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu