İran ABŞ-a "rüsvay olmamağı" məsləhət görüb


İran Məclisinin (parlamentinin) vitse-spikeri Əli Nikzad ABŞ Silahlı Qüvvələrinə rüsvayçılığa son qoymağı və Yaxın Şərqi tərk etməyi məsləhət görüb.

AFN.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. "Xülyalara qapılan ABŞ hökumətinə məsləhətimiz budur ki, özünü daha da rüsvay etməsin və Yaxın Şərq, eləcə də Fars körfəzi regionunu mümkün qədər tez tərk etsin", - deyə nəşr Əli Nikzadın sözlərini sitat gətirib.

Nikzad xəbərdarlıq edib ki, İran ABŞ-nin hərbi bazalarına və gəmilərinə endirdiyi zərbələr zamanı indiyədək öz imkanlarının yalnız bir hissəsindən istifadə edib: "Bu müharibə ABŞ-nin xəyali əzəmətini darmadağın etdi və bu gün dünya ictimaiyyəti, eləcə də azad xalqların oyanmış vicdanı reallığı daha aydın görür".





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu