Konqo Demokratik Respublikasında yanğında ölən şagirdlərin sayı 29-a çatıb



Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Cənubi Kivu əyalətinin paytaxtı Bukavuda evdə başlayan və iki məktəbə yayılan yanğında həlak olan şagirdlərin sayı 29-a yüksəlib.

AFN.az xəbər verir ki, milli mətbuatda yayılan məlumatlara görə, Bukavunun Kadutu rayonunun Cimpunda məhəlləsində bir evdə başlayan yanğın Ujamaa və Furaha ibtidai məktəblərinə keçib. Hadisə nəticəsində ölən şagirdlərin sayı 29 nəfərə çatıb.

Yanğın zamanı 25 şagird xəsarət alıb. Onlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.

Ağacdan tikilmiş iki məktəb tamamilə yanıb. Ətraf ərazidəki 300-dən çox ev istifadəyə yararsız vəziyyətə düşüb.

Yanğınsöndürənlərin müdaxiləsindən sonra alov nəzarət altına alınıb.

Yanğının hansı səbəbdən baş verdiyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu