Sloveniyada ölü qarğalarda Qərbi Nil virusu



Sloveniyanın paytaxtı Lyublyana və Qrosuplye şəhərində ölü qarğalarda Qərbi Nil virusu aşkarlanıb.

AFN.az xəbər verir ki, bu barədə Sloveniyanın Qida və Baytarlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, ölü qarğalar üzərində aparılan müayinələr zamanı Qərbi Nil virusuna rast gəlinib.

Açıqlamada Sloveniyada quşlarda virusun sonuncu dəfə 2024-cü ildə aşkarlandığı qeyd edilib. Bu il ölkədə insanlarda Qərbi Nil virusuna yoluxma halı qeydə alınmayıb.

Bildirilib ki, quşlar, xüsusilə də qarğalar, ağcaqanadların dişləməsi ilə yayılan virusun təbii rezervuarı rolunu oynayırlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu