Avtomobil aşaraq yandı: bir nəfər ölüb - FOTO


Ötən gün saat 22:30 radələrində Qəbələ rayon sakini İlkin Abdullazadə idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsilə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

AFN.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi məlumat yayıb. Bildirilir ki, yol kənarına düşən avtomobildə yanğın baş verib.

Qəza nəticəsində avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı Münəvvər Abdullazadə hadisə yerində həyatını itirib.

Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu