Qrossi İrana çağırış etdi: MAQATE ilə əməkdaşlığı bərpa edin


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İranı Tehranın nüvə proqramı ilə bağlı məsələlərin aydınlaşdırılması üçün təşkilatla əməkdaşlığı bərpa etməyə çağırıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Qrossi bunu təşkilatın Vyanada keçirilən 70-ci Baş Konfransının açılışında deyib.

“MAQATE bir daha İrana əl uzadır və onu nüvə proqramı ilə bağlı məsələlərin aydınlaşdırılması üçün birgə işləməyə dəvət edir”, - deyə Qrossi bildirib. Onun sözlərinə görə, İranla dialoq bərpa edilmədən münasibətlərdə nə proqnozlaşdırılanlıq, nə təminat, nə də etimad mümkün olacaq.

Qrossi eyni zamanda MAQATE-nin İranın təhlükəsizlik sahəsindəki narahatlıqlarına hörmətlə yanaşacağını və ölkənin bu istiqamətdə üzləşdiyi çətinlikləri nəzərə alacağını vurğulayıb.

MAQATE rəhbəri İranın nüvə proqramının yalnız dinc xarakter daşıdığının yoxlanılması və bununla bağlı təminatların verilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyini də qeyd edib. O, İranın nüvə məsələsinin diplomatik yolla həllinə dair perspektivlərə “israrlı nikbinliklə” yanaşdığını bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu