Finlandiya Fransanın “inkişaf etmiş nüvə çəkindirməsi” layihəsinə qoşulur
Finlandiya Fransanın Avropada “inkişaf etmiş nüvə çəkindirməsi” konsepsiyasının həyata keçirilməsinə qoşulmaq qərarına gəlib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının yaydığı Fransa-Finlandiya birgə bəyanatında əksini tapıb.
Bəyanatda bildirilir ki, Finlandiya “inkişaf etmiş çəkindirmə” konsepsiyasına qoşulmaq qərarı verib. Növbəti bir neçə ay ərzində nüvə məsələləri üzrə işçi qrupun yaradılması və əməkdaşlığın həyata keçirilməsinə başlanılması planlaşdırılır.
Sənəddə qeyd olunur ki, bu addım hər iki ölkənin beynəlxalq öhdəliklərinə zidd deyil.
Fransa tərəfinin məlumatına görə, yeni əməkdaşlıq çərçivəsində “strateji siqnalların” verilməsi imkanları genişlənəcək. Həmçinin nüvə həddinə çatmadan münaqişənin mümkün eskalasiyasının idarə olunması mexanizmləri üzərində işləmək mümkün olacaq.
