Husilər Yəməndə 800-ə yaxın şəxsi əsir götürdüklərini açıqlayıb


Yəmənin cənub-şərqində hökumət qüvvələri ilə döyüşlər zamanı husilər 800-ə yaxın şəxsi əsir götürdüklərini açıqlayıb.

AFN.az “Al Maydan” telekanalına istinadən xəbər verir ki, bunu husilərin yaratdığı hərbi əsirlər üzrə komitənin rəhbəri Əbdül Qadir Murtada deyib. Onun sözlərinə görə, Qırmızı dənizin qərb sahilində keçirilən hərbi əməliyyat zamanı “Ənsar Allah” qüvvələri 800 nəfəri əsir götürüb.

Murtada bildirib ki, “Ənsar Allah”ın Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat husilərə qarşı döyüşlərə cəlb edilmiş şəxslər üçün ümumi amnistiya elan edib. Amnistiyadan yararlanmaq üçün həmin şəxslər silahlarını yerə qoymalı və evlərinə qayıtmalıdırlar.

Yəməndə münaqişənin nizamlanmasına yönəlmiş regional təşəbbüslərə də toxunan Murtada ərəb ölkələrinin təcavüzün dayandırılması və Yəmənə qarşı blokadanın aradan qaldırılmasına yönələn istənilən səylərinin qəbul edildiyini və dəstəkləndiyini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu