BMT: Yəməndə qarşıdurmalar 137 mindən çox uşağı təhsildən məhrum edib
Yəməndə husilər ilə hökumət qüvvələri arasında şiddəti artan qarşıdurmalar səbəbindən 137 mindən çox uşaq məktəbə gedə bilmir.
AFN.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) yaydığı açıqlamada son gərginliyin 137 mindən çox uşağı təhsildən məhrum etdiyi bildirilib.
Açıqlamada uşaqların qarşıdurmalar səbəbindən gələcəklərini itirməməli olduğu vurğulanıb. UNICEF-in uşaqlar üçün müvəqqəti siniflər yaratmağa çalışdığı qeyd edilib.
Yəməndə artan gərginlik səbəbindən ölkənin qərb sahilində yaşayan ailələrin köç etməyə davam etdiyi bildirilib.
BMT-nin Əhali Fondu və Dünya Ərzaq Proqramı ilə əməkdaşlıq çərçivəsində yeni didərgin düşən 14 mindən çox insana əsas ehtiyaclar da daxil olmaqla təcili yardım göstərildiyi qeyd olunub.
Yəməndə qarşıdurmalar iyul ayından etibarən yenidən şiddətlənib. Husilərin əvvəllər hökumət qüvvələrinin nəzarətində olan əraziləri ələ keçirməsi nəticəsində ölkənin qərb sahilinin xəritəsi husilərin xeyrinə dəyişib.
Husilər Hudeydəni, Taiz vilayətinə bağlı Məhə şəhərini, daha sonra isə Qırmızı dəniz sahilindəki şəhərləri və Babülməndəb boğazı ətrafındakı adaları ələ keçirib.


