UNICEF: Sudandakı vətəndaş müharibəsində 6 ayda 300-dən çox uşaq ölüb və ya yaralanıb



Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Sudanda davam edən vətəndaş müharibəsində bu ilin ilk 6 ayında 300-dən çox uşağın həyatını itirdiyini və ya yaralandığını bildirib.

AFN.az xəbər verir ki, qurumun məsələ ilə bağlı açıqlamasında qarşıdurmaların son dövrdə xüsusilə Kordofan, DarfurMavi Nil əyalətlərində intensivləşdiyi qeyd edilib.

Açıqlamada əksəriyyəti pilotsuz uçuş aparatı (PUA) hücumları səbəbindən ilin ilk 6 ayında 300-dən çox uşağın həyatını itirdiyi və ya yaralandığı vurğulanıb.

Münaqişə tərəflərinə mülki şəxslərin və mülki infrastrukturun qorunması, humanitar yardım dəhlizlərinin sürətli və maneəsiz şəkildə açılması, həmçinin uşaqların zərər görməməsi üçün bütün tədbirlərin görülməsi barədə çağırış edilib.

Bundan başqa, bəyanatda fikirlərinə yer verilən UNICEF-in Sudandakı nümayəndəsi Şeldon Yett "Uşaqlar amansız zorakılıq, didərginlik və məhrumiyyət burulğanının ortasında qalıblar" ifadəsini işlədib.

Sudanda 2023-cü ilin aprel ayından bəri ordu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında davam edən qarşıdurmalar səbəbindən minlərlə insan həyatını itirib, milyonlarla insan isə öz yurdundan didərgin düşüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu