UNICEF: Livanda martın 2-dən bəri azı 200 uşaq həlak olub
BMT-nin Uşaq Fondu (UNICEF) İsrailin "Hizbullah" hərəkatı ilə döyüşləri yenidən başlatdığı 2 mart tarixindən bəri Livanda azı 200 uşağın öldüyünü, 806-sının isə yaralandığını açıqlayıb.
AFN.az xəbər verir ki, təşkilatın bəyanatında aprelin 17-dən qüvvədə olan atəşkəs rejiminə baxmayaraq, təkcə son bir həftədə 59 uşağın qətlə yetirildiyi və ya xəsarət aldığı vurğulanır. Bu statistika regionda hər gün orta hesabla 14 azyaşlının münaqişə qurbanına çevrildiyini göstərir.
UNICEF Livan uşaqlarının davam edən zorakılıq, məcburi köçkünlük və ağır psixoloji travmalardan əziyyət çəkməkdə davam etdiyini bildirərək qlobal ictimaiyyəti hərəkətə keçməyə çağırıb.



