Qazaxın Daşsalahlı kəndinin su problemi həll olunur – Bələdiyyə söz verdi


Daş Salahlıda su problemi ilə bağlı açıqlama: Yeni xətt çəkiləcək

Son günlər bir sıra sosial şəbəkə hesablarında Qazax rayonunun Daş Salahlı kəndində su probleminə dair videomateriallar yayımlanır. İddia olunur ki, kəndin müəyyən hissəsində su var, bir hissəsində isə su çatışmazlığı yaşanır.

Məsələ ilə bağlı Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən AZERFAX.az-a bildirilib ki, problemin başlıca səbəbi bələdiyyənin balansında olan su xəttinin sıradan çıxmasıdır.

Daşsalahlı Bələdiyyəsinin sədri Ədalət Hacıyev də sözügedən xəttin vəziyyətinə dair açıqlama verib. O qeyd edib ki, bərpaya ehtiyacı olan 1 kilometrlik xətt həqiqətən də bələdiyyənin balansındadır: “Yaranmış vəziyyət bizi də narahat edir və problemin həlli istiqamətində işlər görülür”, - deyə Ə.Hacıyev qeyd edib.

Ədalət Hacıyevin sözlərinə görə, yaxın 10 gün ərzində yeni xətt çəkilərək istismara veriləcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu