Yeniyetməni döyüb başı üstə yerə çırpdılar: Süni tənəffüs aparatına qoşuldu


Lənkəranda yeniyetmə tanışları tərəfindən döyülüb.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2010-cu il təvəllüdlü E.İ. tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülüb. Yaxınlarının sözlərinə görə, onlar arasında mübahisə kənd ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin birinin həyətində baş verib.

Mübahisə zəminində onlardan biri E.İ.-ni döyərək, başı üstə yerə çırpıb. O, yaxınları tərəfindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu ilə o, reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olan E.İ. süni tənəffüs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu