İstanbulda məşhur şəxslərə qarşı narkotik əməliyyatı: 15 nəfər saxlanıldı


İstanbulun Bakırköy Rayon Prokurorluğunun başlatdığı iki ayrı istintaq çərçivəsində narkotik və fahişəlik əməliyyatları keçirilib.

AFN.az xəbər verir ki, əməliyyatlar zamanı aralarında aktyor, müğənni, iş adamı, sahibkar və sosial media fenomenlərinin də olduğu 24 şübhəli barəsində saxlanılma qərarı verilib, onlardan 15-i tutulub.

Prokurorluğun açıqlamasında bildirilib ki, ictimai sağlamlıq və təhlükəsizliyi təhdid edən narkotik vasitələrə qarşı mübarizə çərçivəsində aparılan istintaq zamanı tanınmış şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etməsi, narkotik vasitələrin istifadəsini asanlaşdırması və ya bunun üçün yer təmin etməsi ilə bağlı əsaslı şübhəni dəstəkləyən sübutlar əldə edilib.

Bundan sonra İstanbul Vilayət Jandarm Komandanlığına 18 şübhəlinin saxlanılması, ünvanlarında axtarış aparılması, bioloji nümunələrinin götürülməsi və ifadələrinin alınmasından sonra Bakırköy Rayon Prokurorluğuna gətirilməsi ilə bağlı göstəriş verilib.

Bakırköy Rayon Prokurorluğunun “narkotik vasitələrdən istifadə”, “narkotik vasitələrin tədarükü” və “fahişəlik” cinayətləri üzrə apardığı digər istintaq çərçivəsində isə daha 6 şübhəli barəsində saxlanılma qərarı çıxarılıb.

Beləliklə, iki ayrı istintaq üzrə ümumilikdə 24 şübhəlinin saxlanılması barədə qərar verilib.

Keçirilən əməliyyatlar zamanı 15 şübhəli saxlanılıb.

Saxlanılanlar arasında Aras Bulut İynemli, Seyfullah Sağır (Sefo), Melis Sezen, Nilperi Şahinkaya, Hande Demir, Hasan Şaş, Melis İşiten, Yeliz Yeşilçimen, Anıl Durmuş, Hazal Filiz Küçükköse, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır və Sayat Zurnacı da yer alır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu