Polo qasırğası 4-cü kateqoriyaya yüksəldi



Meksika sahilləri yaxınlığında Sakit okeanda təsirli olan Polo qasırğasının gücü 4-cü kateqoriyaya çatıb. 

AFN.az xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi qasırğanın bu gün və ya sabah daha da güclənərək ən yüksək səviyyə olan 5-ci kateqoriyaya çata biləcəyi barədə məlumat yayıb.

ABŞ Milli Qasırğa Mərkəzi Sakit okeanın Meksika sahilləri yaxınlığında təsir göstərən Polo qasırğası ilə bağlı açıqlama yayıb.

Açıqlamada qasırğanın gücünün 4-cü kateqoriyaya yüksəldiyi, bu gün və ya sabah daha da güclənərək ən yüksək səviyyə olan 5-ci kateqoriyaya çata biləcəyi bildirilib.

Hava proqnozlarına əsasən, Meksikanın cənub-qərbində yerləşən Gerrero və Miçoakan ştatlarının sahil ərazilərində cümə axşamına qədər güclü yağışlar yağacaq. Bölgədə sel və torpaq sürüşməsi riski olduğu qeyd edilib.

Qasırğanın quruya çıxmasının gözlənilmədiyi bildirilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu