BMT: Yəməndə 130 mindən çox insan didərgin düşüb



BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMQAK) sözçüsü Babar Baloç Yəməndə davam edən qarşıdurmaların 130 mindən çox insanın didərgin düşməsinə səbəb olduğunu bildirib. 

AFN.az xəbər verir ki, Baloç Cenevrədə BMT-nin həftəlik brifinqində ordu ilə husilər arasında davam edən qarşıdurmalar fonunda Yəməndəki vəziyyəti qiymətləndirib.

Baloç şiddətlənən qarşıdurmaların daha böyükmiqyaslı kütləvi köçlərə səbəb ola biləcəyini deyib. O, getdikcə daha çox insanın həm ölkə daxilində didərgin düşəcəyini, həm də Cibuti, Somali və digər ölkələrə qaçacağını bildirib.

Baloçun sözlərinə görə, Yəməndə qarşıdurmalar bir neçə cəbhəyə yayılaraq sürətlə böyüyən köç böhranına səbəb olur və sentyabrın əvvəlindən bəri 130 mindən çox insan evini tərk edib. O qeyd edib ki, qarşıdurmaların yükünü mülki əhali daşımaqda davam edir.

Baloç indiyədək 28 nəfərin öldüyü ən azı 110 hadisənin qeydə alındığını bildirib. O, təhlükəsizlik problemləri və giriş məhdudiyyətlərinin yardım fəaliyyətlərini onsuz da çətinləşdirdiyi bir vaxtda itkilərin və didərgin düşənlərin sayının artmasından, humanitar ehtiyacların dərinləşməsindən narahatlıq ifadə edib.

Baloç ümumi didərgin düşmə hallarının 60 faizindən çoxunun qeydə alındığı Taizin böhranın mərkəzi olaraq qaldığını deyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu