Çin Aİ-yə çağırış etdi: Ticarət müharibəsindən qaçın



Çin xarici işlər naziri Van İ Almaniyanın xarici işlər naziri İohan Vadefula Çin və Avropa İttifaqının strateji tərəfdaş olduğunu bildirib. 

AFN.az xəbər verir ki, Van İ tərəflərin ticarət müharibəsinə girməməli olduğunu vurğulayıb.

Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Van İ Çin və Almaniyanın birtərəflilik və qloballaşma əleyhinə meyllərin yaratdığı təsirlərə qarşı strateji kommunikasiya və qarşılıqlı etimadı gücləndirməli olduğunu deyib.

Van İ iki ölkənin praktiki əməkdaşlığı dərinləşdirərək dünyaya çoxtərəfliliyi və azad ticarəti birlikdə müdafiə etdikləri mesajını verməsinin vacibliyini qeyd edib.

O, Almaniyanın rasional və praqmatik mövqeyini qoruyaraq Çin-ABŞ münasibətlərində müsbət rol oynayacağına, həmçinin Aİ-ni proteksionizmi rədd etməyə və azad ticarətə sadiq qalmağa təşviq edəcəyinə ümid etdiyini bildirib.

Van İ Çin və Aİ-nin hərtərəfli strateji tərəfdaş olduğunu və ticarət müharibəsinə girməməli olduqlarını vurğulayıb.

Çin Aİ-nin mart ayında açıqladığı və əsas sektorlarda sənaye potensialının artırılmasını hədəfləyən Sənayenin Sürətləndirilməsi haqqında Qanun layihəsində nəzərdə tutulan mənşə qaydaları və təşviqlərin Çin şirkətləri üçün investisiya maneəsi yaradacağını və sistemli ayrı-seçkiliyə səbəb olacağını düşünür.

Çin Ticarət Nazirliyinin aprelin 27-də yaydığı açıqlamada qanun layihəsində batareyalar, elektrikli avtomobillər, günəş panelləri və kritik xammalı əhatə edən strateji sektorlarda dövlət satınalmalarında Aİ mənşəli məhsullara üstünlük verilməsi və təşviqlərin təqdim olunmasını nəzərdə tutan müddəaların Çin şirkətləri də daxil olmaqla xarici investisiyalar üçün məhdudlaşdırıcı xarakter daşıdığı bildirilib.

Açıqlamada bu müddəaların investisiya maneəsi və sistemli ayrı-seçkilik yaradacağı qeyd edilib.

Çin tərəfi qanun layihəsindəki tənzimləmələrin Ümumdünya Ticarət Təşkilatının üzv ölkələr arasında ayrı-seçkiliyi qadağan edən ən çox əlverişli ölkə prinsipi və xarici şirkətlərin daxili bazarda yerli şirkətlərlə bərabər şərtlərdə rəqabət aparmasını nəzərdə tutan milli rejim qaydasına zidd olduğunu bildirib.

Açıqlamada sözügedən müddəaların ÜTT sazişlərindəki öhdəlikləri poza biləcəyi vurğulanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu